“Keçmiş deputat Gülər Əhmədovanın YAP üzvlüyündən çıxarılıb-çıxarılmaması məsələsi ilk partiya təşkilatının səlahiyyətindədir. Söhbət YAP-ın Bakı Dövlət Universiteti üzrə təşkilatından gedir. Onlar təqdimat verəndən sonra biz bu məsələni müzakirə edəcəyik”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov deyib.
O, G. Əhmədovanın partiyada qalıb-qalmayacağı barədə danışmaq istəmədiyini də söyləyib: “İlk partiya təşkilatının müzakirəsi olacaq. Mən sözümü ondan sonra deyəcəyəm”.
Modern.az