Modern.az

“Dünyada hər kritik məsələdə söz sahibiyik” - Ərdoğan

“Dünyada hər kritik məsələdə söz sahibiyik” - Ərdoğan

25 Avqust 2021, 17:35

“Artıq heç kimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

 

“Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.

 

Ərdoğan çıxışı zamanı Malazgirt döyüşündə həyatını itirənləri də yad edib: “Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu