Modern.az

YAP İvanişviliyə dəstək verdi: “Səslənən fikirlər doğru deyil”

YAP İvanişviliyə dəstək verdi: “Səslənən fikirlər doğru deyil”

31 Oktyabr 2012, 11:33

«Gürcüstanda yeni hökumətin formalaşdırılması Azərbaycanla bu ölkənin münasibətlərinə təsir göstərməyəcək. Bəzi dairələrin bu haqda fikirlərinin əsası yoxdur». Modern.az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hakim partiyanın saytına verdiyi açıqlamada bildirib.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Tərəflər arasında böyük əhəmiyyət kəsb edən müqavilələrin olduğunu xatırladan deputat bu müqavilə öhdəliklərinə hər iki dövlətin bundan sonra da əməl edəcəyini qeyd edib.

 «Hər hakimiyyət dəyişikliyi zamanı dövlət siyasətinin də dəyişməsini düşünməli olsaq, bu çox yanlış olardı. Hökumətin dəyişməsi dövlət siyasətinin dəyişməsi demək deyil. Dövlətlərin siyasəti uzunmuddətli strategiyaya və perspektivə əsaslanır. Bu mənada Azərbaycan və Gürcüstan arasında mövcud olan yüksək münasibətlər bundan sonra da davam edəcək»- deyə, M.Qurbanlı vurğulayıb.

Anar RÜSTƏM

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi