Modern.az

Rusiya çevriliş olan ölkəyə raket kompleksləri göndərir

Rusiya çevriliş olan ölkəyə raket kompleksləri göndərir

Dünya

25 Avqust 2021, 20:26

Rusiya “Pantsir” zenit-raket komplekslərini vaxtında Myanmaya çatdıracaq.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti məlumat yayıb.

 

Myanmada fevralın 1-də hərbi çevriliş baş verib. Qərb rəsmiləri Moskvanı ikitərəfli səfərləri və silah satışını davam etdirərək hakimiyyəti ələ keçirən çevrilişçiləri qanuniləşdirməkdə günahlandırır.

 

Rusiya Myanma ilə uzunmüddətli və strateji əlaqəyə sahib olduğunu və oradakı vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni etdiyini bildirir. Myanma və Rusiya yanvar ayında “Pantsir” sistemlərinin alınması üçün müqavilə imzalayıb.

 

Yük maşınlarına quraşdırılmış bu sistemlər təyyarələri, PUA-ları və qanadlı raketləri vurmaq üçün istifadə olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu