Modern.az

Ermənistanı tərk edənlərin sayı 50% artıb

Ermənistanı tərk edənlərin sayı 50% artıb

Dünya

25 Avqust 2021, 21:32

2021-ci ilin iyul ayında Ermənistanın iki hava limanında (“Zvartnots” və “Şirak”) sərnişin axını (gedən və gələnlərin ümumi sayı) 300 951 nəfər olub.

 

Modern.az bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

 

Məlumata görə, iyul ayında “Zvartnots” hava limanında sərnişin axını 292 674, “Şirak” hava limanında isə 8277 nəfər olub.

 

Bu ilin iyul ayında hava yolu ilə gələn şəxslərin sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla) 158.999, gedənlərin sayı isə 141.952 olub.

 

Xatırladaq ki, 2021 -ci ilin iyununda Ermənistanın iki hava limanında sərnişin axını 200 534 nəfər olub. Bu da iyul ayında sərnişin axınının 50% artdığını göstərir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu