Türkiyədə yerli istehsal edilən “TurkoVac” adlı koronavirusa qarşı peyvəndin 3-cü kliniki sınaq mərhələsi başlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sınaq mərhələsi zamanı Erciyes Universitetində könüllülər peyvənd olunub.
Kayseri dövlət xəstəxanasında da sınaqların 3-cü mərhələsi çərçivəsində könüllülərə peyvənd vurulub.
Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı yerli “TurkoVac” peyvəndini Erciyes Universiteti və ölkənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi birlikdə hazırlayıb.