Modern.az

Azərbaycanlı deputat Dövlət Baxçalının partiyasının qurultayına dəvət alıb

Azərbaycanlı deputat Dövlət Baxçalının partiyasının qurultayına dəvət alıb

31 Oktyabr 2012, 13:10

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı tərəfindən rəhbərlik etdiyi partiyanın (MHP) qurultayına dəvət edilib. Modern.az xəbər verir ki, qurultay noyabrın 4-də Ankara Arena Kapalı Spor salonunda baş tutacaq. Milli Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiya sədrinin MHP-nin qurultayında iştirak edəcəyi hələ dəqiqləşməyib. Eyni tarixdə Fərəc Quliyevin Qarabağ dinləmələri ilə bağlı Helsinki səfərinin planlaşdırılması üzündən MHP-nin qurultayında iştirakla bağlı qərarın hələ də verilməməsinə səbəb olub.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi