Modern.az

“Orta məktəblərdə italyan dilinin tədris olunması ideyası var” - Təhsil naziri

“Orta məktəblərdə italyan dilinin tədris olunması ideyası var” - Təhsil naziri

31 Oktyabr 2012, 13:12

Bu gün “Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə 120 iştirakçı, o cümlədən İtaliyanın Təhsil, Universitet və Elmi Tədqiqatlar Nazirliyinin yüksək rütbəli əməkdaşlarının və təhsil müəssisələrinin 21 nəfər nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açıb. O bildirib ki, hər il bu cür konfransın keçirilməsi nəzərdə tutulub.

Təhsil naziri bildirib ki, La Sapienza Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Bu da İtaliya ilə təhsil sahəsində əməkdaşlığımıza bir nümunədir. Eyni zamanda bu universitetdə Azərbaycan haqqında 3 kitab çap olunub.

M. Mərdanovun sözlərinə görə, Azərbaycan ümumtəhsil orta məktəblərində italyan dilinin xarici dil kimi tədris olunması haqda artıq fikirlər var. Artıq bu haqda düşünülür. O, qeyd edib ki, İtaliyanın 24 universitetində azərbaycanlı tələbələr təhsil ala bilərlər. Nazir İtaliyada təhsil alan tələbələrin sayının çoxaldılmasının vacibliyini vurğulayıb.

Şəhanə Rəhimova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi