Modern.az

Kabildəki partlayışda ölənlərin sayı 110-a çatdı - YENİLƏNİB

Kabildəki partlayışda ölənlərin sayı 110-a çatdı - YENİLƏNİB

Dünya

27 Avqust 2021, 14:00

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 110 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

 

Qeyd edək ki, ötən gün paytaxt Kabildə bir neçə partlayış olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

***

 

Kabil hava limanı yaxınlığında baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

“The Wall Street Journal”ın yaydığı məlumata görə, Kabildə iki partlayış nəticəsində həlak olanların sayı 103 nəfərə yüksəlib. Hadisə zamanı xeyli sayda insan yaralanıb.

 

Ölü sayının artacağı istisna edilmir.

 

***

Kabil hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC Əfqanıstanın yüksək vəzifəli səhiyyə işçisinə istinadən məlumat yayıb.

***

20:45

 

Kabil hava limanı yaxınlığında baş vermiş partlayışlar nəticəsində ən azı 40 nəfər ölüb, 120-yə yaxın insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

 

***

20:10

Kabil hava limanında baş verən partlayışlarda ölənlərin sayı 15-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Afghanistan Times” nəşri yazıb.

 

Partlayışlar nəticəsində 52 nəfərin yaralandığı bildirilir.

 

***

18:39

 

Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatı məlumat yayıb.

 

***

18:32

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanının girişində partlayış törədilib.

  

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi məlum olub.

 

İlkin məlumata görə, partlayış zamanı 2 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

 

Terror aktı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu