“Beynəlxalq elmi tədqiqatlar sahəsində də Azərbaycanla əməkdaşlığımız gücləndirilməlidir. Biz birgə razılığa gəlməliyik. İki tərəfli əlaqələrimiz inkişaf etməlidir”. Modern.az xəbər verir ki, bu sözləri La Spienza Universitetinin rektoru, professor Luici Frati bildirib.
“Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfransda çıxış edən rektor qeyd edib ki, La Spienza Universitetinin Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə geniş əlaqələri var. “Azərbaycan dilinin ədəbiyyatı və Azərbaycan dilinin təbliğatı bağlı hazırda universitetimizdə təbliğat işləri gedir”.