Modern.az

ABŞ Kabildə hücumların davam edəcəyini gözləyir

ABŞ Kabildə hücumların davam edəcəyini gözləyir

Dünya

27 Avqust 2021, 00:36

ABŞ terrorçuların Əfqanıstanın paytaxtına hücumlarını davam etdirəcəyini düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bildirib.

 

“Terrorçuların bu hücumları davam etdirmək istədiklərinə inanırıq və bu hücumların davam edəcəyini gözləyirik”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, bu gün Kabil hava limanında partlayış törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 140 nəfər yaralanıb.

 

“Politico” nəşri Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən Kabil hava limanında baş verən partlayışa görə İŞİD terror təşkilatının məsuliyyət daşıdığını açıqlayıb.

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu