Modern.az

Ukraynanın xarici siyasət strategiyası təsdiqləndi

Ukraynanın xarici siyasət strategiyası təsdiqləndi

Dünya

27 Avqust 2021, 00:50

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin xarici siyasət strategiyasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, strategiya Ukrayna liderinin saytında dərc edilib.

 

Strategiyada qeyd olunur ki, Ukraynanın xarici siyasəti Avropa İttifaqı (Aİ) və NATO-ya tam üzvlüyün əldə edilməsi istiqamətində strateji yola əsaslanır.

 

Rusiyaya müqavimət göstərilməsi, Ukraynanın müstəqilliyi və dövlət suverenliyinin təmin edilməsi və ərazi bütövlüyünün bərpası strategiyanın əsas prioriterləri sırasındadır.

 

Ukrayna eyni zamanda terrorizm, cinayət, qeyri-qanuni miqrasiya, kiber təhdidlərlə mübarizədə təsirli beynəlxalq əməkdaşlığa nail olmaq niyyətindədir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu