Pakistanın Bəlucistan əyalətində hərbi patrul maşını minaya düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç hərbçi həlak olub, daha üç nəfər isə yaralanıb.
Məlumata görə, partlayış təhlükəsizlik qüvvələrinin bölgədə patrul xidməti apardığı zaman baş verib.
Hadisə yerinə xilasetmə qrupları və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.