Modern.az

ABŞ hərbçiləri Kabildə partlayışlar törədib

ABŞ hərbçiləri Kabildə partlayışlar törədib

Dünya

27 Avqust 2021, 08:16

Kabildə baş vermiş son bir neçə partlayış ABŞ hərbçiləri tərəfindən öz avadanlıqlarını məhv etmək məqsədilə həyata keçirilib.

 

Modern.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə "Taliban" nümayəndəsi Zabihullah Mücahid bildirib.

 

O, hazırda əhali üçün təhlükə olmadığını söyləyib:

 

"Kabil hava limanının yaxınlığında partlayış səsləri eşidilib. Bunlar avadanlıqlarını məhv etmək üçün ABŞ ordusu tərəfindən həyata keçirilib. Kabil sakinlərinin narahat olmalarına səbəb yoxdur".

 

Qeyd edək ki, ötən gün Kabildə törədilən 6 partlayış nəticəsində azı 100 nəfər ölüb, onlardan 12-si ABŞ hərbçisidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu