Modern.az

Partlayışda ölənlərdən 28-i “Taliban”çıdır

Partlayışda ölənlərdən 28-i “Taliban”çıdır

Dünya

27 Avqust 2021, 09:07

Kabil hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvüdür.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu