Modern.az

Bayden İŞİD-i vurmaq əmri verdi

Bayden İŞİD-i vurmaq əmri verdi

Dünya

27 Avqust 2021, 09:28

ABŞ Silahlı Qüvvələri İŞİD terror təşkilatının qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbələr endirmək üçün plan hazırlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kabildə törədilən terror aktı ilə bağlı çıxışında deyib.

 

“Komandirlərə Xorasandakı hədəfləri və İŞİD rəhbərliyini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etdim”, - deyə Bayden bildirib.

 

Onun fikrincə, “Taliban” İŞİD yaraqlılarına Kabildə terror törətməkdə kömək etməyib.

 

Xatırladaq ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu