Modern.az

Qazaxıstanda 4 hərbçi partlayışda öldü - 66 yaralı

Qazaxıstanda 4 hərbçi partlayışda öldü - 66 yaralı

Dünya

27 Avqust 2021, 09:59

Qazaxıstanın Cambıl vilayətində yerləşən hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 4 hərbçi həlak olub, 66 nəfər isə yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaralı xəstəxanalara yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

 

Xatırladaq ki, ötən gün Cambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın güclü partlayışa səbəb olub. Faktla bağlı cinayət işi açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu