Modern.az

“İŞİD-in “Taliban”la əlaqəsinə dair sübutlar var” - Saleh

“İŞİD-in “Taliban”la əlaqəsinə dair sübutlar var” - Saleh

Dünya

27 Avqust 2021, 14:58

“İŞİD terror təşkilatının “Taliban”la əlaqələri barədə sübutlar var”.

 

Modern.az xəbər verir ki, bunu Əfqanıstanın Birinci vitse-prezidenti, özünü dövlət başçısının səlahiyyətlərinin icraçısı elan etmiş Əmirulla Saleh deyib.

 

O, vurğulayıb ki, İŞİD-in Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” öz başlanğıcını Kabildə fəaliyyət göstərən “Taliban” və “Haqqani şəbəkəsi”ndən götürür. 

 

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu