Modern.az

Uşaqlar əvəzinə böyüklər gəldi FOTOLAR

Uşaqlar əvəzinə böyüklər gəldi FOTOLAR

31 Oktyabr 2012, 16:38

Bulvar idarəsi ənənəsinə sadiq olaraq  bu gün növbəti pulsuz atraksion aksiyasını təşkil etdi. 15 yaşa kimi uşaqlar saat 09:00-dan 13:00-ə qədər park ərazisindəki atraksionlarda heç bir ödəniş etmədən əylənmək imkanını qazansalar da ötən aylarla müqayisədə bu günkü atraksion bayramı nisbətən izdihamsız ötüşdü. Görünür bir çoxları payızın səhər yuxusuna haram qatmaq istəməyib.

Diqqətimizi cəlb edən digər bir məsələ isə böyüklərin uşaqların hesabına öz "qurd"larını öldürmək həvəsi idi. Belə ki, uşaqların təhlükəsizliyini bəhanə edən böyüklər ələ düşən hər fürsətdən yararlandılar.

Modern.az Bulvardan fotoları təqdim edir.  

 

 

 

 

 

 

 

 

 

 

 

Elçin AĞAYEV
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI