Modern.az

Ərdoğan: “Əfqanıstanda terror təşkilatlarının münaqişəsi var”

Ərdoğan: “Əfqanıstanda terror təşkilatlarının münaqişəsi var”

Dünya

27 Avqust 2021, 22:55

“Hazırda Əfqanıstanda terror təşkilatlarının münaqişəsi var”.

 

Modern.az xəbər verir ki, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O qeyd edib ki, İŞİD və "Taliban" fərqli təşkilatlar olduğu üçün taliblərlə necə mübarizə aparılacağını hazırda təxmin etmək çətindir.

 

“Əsas məsələ Əfqanıstan xalqının ən qısa zamanda dinc həyat sürməsinə dəstək olmaqdır. Əgər Amerikanın bu məsələdə edə biləcəyi bir şey varsa, bunu təmin etməlidir”, - deyə Ərdoğan bildirib.

 

Ərdoğan Əfqanıstan mövzusunda Türkiyənin NATO ilə birgə hansı addımlar atılacağı ilə bağlı danışıqlar aparacağını vurğulayıb: “Görüşlərimiz olacaq, hansı addımları atacağımızı planlaşdıracağıq”.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu