Almaniya COVAX platforması çərçivəsində Afrikaya 70 milyon doza koronavirus əleyhinə peyvənd göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
“Peyvəndlərin ən qısa zamanda Afrikadakı insanlara çatdırılması lazımdır”, - deyə Merkel söyləyib.
Qeyd edək ki, COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlıq imkanı yaratmaqdır.