Modern.az

Akar amerikalı həmkarı ilə Əfqanıstandan danışdı

Akar amerikalı həmkarı ilə Əfqanıstandan danışdı

Dünya

28 Avqust 2021, 00:07

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və ABŞ-ın Müdafiə naziri Lloyd Oustin arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Akar Kabil hava limanında baş verən terror aktı zamanı həlak olan ABŞ hərbçilərinə görə amerikalı həmkarına başsağlığı verib.

 

Tərəflər Əfqanıstandakı son vəziyyəti müzakirə edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu