“Taliban” Əfqanıstanın paytaxtı Kabildə yerləşən hava limanının hərbi sektorunun bir hissəsini nəzarət altına alıb.
Modern.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Bilal Kərimi bildirib.
Onun sözlərinə görə, hazırda hava limanının kiçik bir hissəsi amerikalıların nəzarətindədir.
Qeyd edək ki, ABŞ avqustun 31-dək Kabil hava limanında qalacağını bildirib.