Modern.az

Putin Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi

Putin Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi

Dünya

28 Avqust 2021, 01:17

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, tərəflər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

 

Qeyd olunub ki, Rusiya rəhbəri ilə Ermənistanın hökumət başçısı Qarabağ məsələsinin nizamlanması ilə bağlı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsini və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu