“Taliban“ hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bu ilin sonunadək əfqan qaçqınlarının sayı yarım milyona çata bilər.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarının müavini Kelli Klements bildirib.
Onun sözlərinə görə, ilin sonunadək regionda 500-510 min insanın Əfqanıstanı tərk edəcəyi ehtimal olunur. Lakin vəziyyətin necə inkişaf edəcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil.
Qeyd olunub ki, indiyədək qonşu dövlətlər Əfqanıstandan 5,2 milyon qaçqın qəbul ediblər. Onların 90 faizi İran və Pakistana, digər hissəsi isə Tacikistan, Türkmənistan və Özbəkistana sığınıblar.