Senator Robert Kennedinin qatili 53 ildən sonra azadlığa çıxa bilər.
Modern.az xəbər verir ki, Kaliforniya ştatının növbədənkənar azadetmə komissiyası Kennedinin qatili, iordaniyalı Sirxan Sirxanın vəsatətini təmin edib.
Belə ki, vəsatətə baxan komissiya məhkumun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlib. 77 yaşlı Sirxanın azad olunması barədə yekun qərar 90 gün müddətində komissiyanın tam tərkibli iclasında çıxarılacaq, daha sonra ştatın qubernatoru Gavin Nyusoma göndəriləcək.
Qubernator 30 gün ərzində komissiyanın qərarını ya təsdiqləyə, ya da rədd edə bilər. Beləliklə, qatil 53 ildən sonra həbsxanadan azadlığa buraxıla bilər.
Qeyd edək ki, Sirxan Kennedini 1968-ci il iyunun 5-də demokratlar partiyasının prezident postuna namizədi kimi Kaliforniyada ilkin seçkiləri qazandıqdan bir neçə dəqiqə sonra güllələyərək qətlə yetirib. Qatil bildirib ki, o, senatordan İsrailə Amerika təyyarələri göndərilməsini dəstəklədiyinə görə qisas alıb.
Sirxan əvvəlcə ölüm cəzasına məhkum edilib, lakin həmin il ABŞ Ali Məhkəməsi edam cəzasını ölkə konstitusiyasına zidd elan etdiyi üçün ona həbs cəzası verilib.
Fidan İlqar