Gürcüstanda son sutka ərzində koronavirusa 4247 yoluxma halı qeydə alınıb, daha 74 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 540 449, ölənlərin sayı isə 7175 nəfərə çatıb.
İndiyədək 476 555 nəfər xəstəlikdən sağalıb.