Modern.az

MDB-də COVİD pasportları qarşılıqlı tanına bilər

MDB-də COVİD pasportları qarşılıqlı tanına bilər

Dünya

28 Avqust 2021, 15:36

Belarus Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Minskdəki MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr tərəfindən əhalinin yeni koronavirus infeksiyasına qarşı peyvənd edilməsinə dair verilən sertifikatların qarşılıqlı tanınması məsələsinə həsr olunmuş müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

 

Müşavirə iştirakçıları dövlətlərdə COVID-19-un yayılmasının qarşısının alınması barədə görülən tədbirlər, əhalinin koronavirus infeksiyasına qarşı peyvənd edilməsi, sərhəd keçid qaydaları və dövlətlər arasında peyvənd sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi haqqında məlumatı paylaşıblar.

 

Nazirlik və idarələrin nümayəndələri Birlik dövlətləri tərəfindən peyvənd sertifikatlarının qarşılıqlı tanınmasında maraqlı olduqlarını qeyd edərək, bu məsələnin daha ətraflı araşdırılmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu