Modern.az

Fransa İraqda hərbi varlığını qoruyacaq

Fransa İraqda hərbi varlığını qoruyacaq

Dünya

28 Avqust 2021, 20:07

“Yaxın Şərqdə terrorla mübarizə bitməyib, Paris bu ölkədə və bütövlükdə bölgədə hərbi varlığını qoruyacaq”.

 

Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransından sonra deyib.

 

O qeyd edib ki, İŞİD terror təşkilatı məğlub edilsə də, terror təhlükəsi bitməyib.

 

“İraq ordusunun əsgərlərinə təlim verməyə davam edəcəyik”, - deyə Makron bildirib.

 

Makron Fransa ordusunun 800 hərbi qulluqçusunun hazırda bölgədə yerləşdiyini xatırladıb.

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu