Modern.az

“Bayraktar” PUA-ları daha bir ölkəyə SATILIR

“Bayraktar” PUA-ları daha bir ölkəyə SATILIR

Dünya

28 Avqust 2021, 20:50

İraq Türkiyədən “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İraqın Müdafiə naziri Cuma İnad Sadun ölkənin “Əl-Şarkiye” telekanalına müsahibəsi zamanı məlumat verib.

 

Nazir Türkiyədən 12 ədəd “Atak” helikopteri, 6 ədəd “Koral” radioelektron mübarizə vasitələri alınacağını da bildirib.

 

Sadun PUA-larla bağlı “konsensusa gəldiklərini”, helikopteri almaq “niyyətində olduqlarını” və radioelektron mübarizə vasitələri “satın alma təklifini” göndərdiklərini bildirib.

 

Qeyd edək ki, Sadun keçən həftə İstanbulda baş tutan IDEF-21 müdafiə sərgisi zamanı Türkiyənin bir neçə müdafiə sənayesi şirkətinin rəsmiləri ilə görüşlər keçirib.

 

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2” zərbə PUA-ları 24 saatdan çox havada qala, müşahidə apara və zərbələr endirə bilir. PUA-lar Azərbaycan, Qətər, Ukrayna və Polşa tərəfindən alınıb. “Bayraktar TB”lər Vətən Müharibəsi zamanı Ermənistan ordusunun məhv edilməsində önəmli rol oynayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu