Modern.az

“Akıncı” PUA-ları silahlanmaya QƏBUL EDİLİR

“Akıncı” PUA-ları silahlanmaya QƏBUL EDİLİR

Dünya

28 Avqust 2021, 21:13

Türkiyənin müdafiə sənayesi sektorunun öncüllərindən olan “Baykar Savunma” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə PUA-ları sabah xüsusi mərasimlə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

 

Agentlik qeyd edir ki, PUA-ları ölkə daxilində və xaricdə səmərəli istifadə edən təhlükəsizlik qüvvələri “Akıncı” ilə yeni əməliyyat qabiliyyətlərini əldə edəcəklər.

 

İlk uçuşunu 2019-cu ilin dekabr ayında reallaşdıran “Akıncı” PUA-larından 3 prototip istehsal edilib. Prototipin ardınca PUA-ların kütləvi istehsal prosesi başlayıb.

 

11.5 min metr yüksəklikdə 25 saat 46 dəqiqə qalan PUA-lar Türkiyənin aviasiya tarixində yüksəklik rekordu qırıb. “Akıncı” sınaq və təlim uçuşları müddətində ümumilikdə 1000 saatdan çox havada qalıb.

 

6 ton qalxma çəkisinə malik “Akıncı” MAM-C, MAM-L, MAM-T kimi raketlər, peyk rabitə sistemi, müasir radarlarla təchiz edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu