Modern.az

Masallıda kişi arvadına 20 bıçaq vurdu

Masallıda kişi arvadına 20 bıçaq vurdu

Hadisə

28 Avqust 2021, 22:02

Masallı sakini əri tərəfindən bıçaqlanıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb.

 

Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər