Modern.az

Amerika hərbçiləri Kabildən çıxarılır

Amerika hərbçiləri Kabildən çıxarılır

Dünya

28 Avqust 2021, 22:35

ABŞ Əfqanıstandakı hərbi kontingentini və texnikasını bu ölkədən çıxarmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

 

Kirbi nə qədər hərbçinin Kabildən çıxarılması barədə dəqiq məlumat verməyib.

 

Daha əvvəl “Reuters” agentliyi paytaxt hava limanında 4000-dən az ABŞ əsgərinin qaldığını, təxliyə əməliyyatının qızğın vaxtında 6000-ə yaxın olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu