Modern.az

Bayden: “İŞİD terrorçularına zərbələr davam edəcək”

Bayden: “İŞİD terrorçularına zərbələr davam edəcək”

Dünya

28 Avqust 2021, 23:25

ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Baydenin yazılı açıqlamasında məlumat verilib.

 

Bayden bildirib ki, ABŞ ordusu Əfqanıstanda İŞİD terrorçularına qarşı aviazərbələr endirməyə davam edəcək.

 

“Mən dedim ki, Kabildə hərbçilərimizə və günahsız mülki vətəndaşlarımıza hücumdan məsul olan qrupu təqib edəcəyik və bunu etdik. Bu zərbə sonuncu deyildi”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu