Modern.az

İtaliya da Əfqanıstandan çıxdı

İtaliya da Əfqanıstandan çıxdı

29 Avqust 2021, 10:30

İtaliya Əfqanıstandan təxliyə işlərini avqustun 28-də Kabildən Romaya təşkil edilən son aviareyslə tamamlayıb.

 

Modern.az BBC-yə istinadla xəbər verir ki, təyyarəni qarşılayan İtaliyanın xarici işlər naziri Luici Di Maio ümumilikdə 5000 əfqanın təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib.

 

İtaliya bir müddətdir ki, Kabil-Küveyt-Roma marşrutu ilə təxliyə əməliyyatlarını həyata keçirirdi.

 

Avqustun 28-də İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing 767” təyyarəsi 58-i əfqan olmaqla 110 nəfəri Romanın Fiumicino Hava Limanına gətirib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?