Modern.az

Nurlan İbrahimovun şikayətinə bu tarixdə baxılacaq

Nurlan İbrahimovun şikayətinə bu tarixdə baxılacaq

Aktual

29 Avqust 2021, 16:00

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.

 

Modern.az xəbər verir ki, dinləmələr oktyabrın 8-nə təyin edilib.

 

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub.

 

Buna səbəb N. İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı status olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama