Modern.az

“Jurnalist mənzilləri ilə bağlı kriteriyalar fevralda elan olunacaq” - AÇIQLAMA

“Jurnalist mənzilləri ilə bağlı kriteriyalar fevralda elan olunacaq” - AÇIQLAMA

Media

1 Noyabr 2012, 11:51

“Jurnalistlərin Bibiheybətdə dövlət hesabına tikilən evdən mənzil almaları üçün kriteriyalar gələn ilin fevral ayında elan olunacaq”. Modern.az bildirir ki, bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə yaşayış binası demək olar ki, artıq hazırdır.
“Binanın hazırda daxilində təmir işləri davam edir. Mənzil almaq üçün tələb olunan kriteriyalar fevral ayında rəsmən elan olunacaq. Ondan sonra sənəd qəbulu başlanacaq. Hələki bu kriteriyalar hazır deyil”–deyə V. Səfərli bildirib.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq. 

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi