Modern.az

İranın Atom Enerji Təşkilatına yeni sədri təyin olundu

İranın Atom Enerji Təşkilatına yeni sədri təyin olundu

29 Avqust 2021, 18:04

İran Prezidenti İbrahim Rəisinin sərəncamı ilə İranın Atom Enerji Təşkilatının yeni sədri təyin olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bundan sonra təşkilata İranın sabiq yol və şəhərsalma naziri Məhəmməd İslami rəhbərlik edəcək.

 

Qeyd edək ki, indiyədək İranın Atom Enerji Təşkilatının sədri vəzifəsində Əli Əkbər Salehi çalışırdı.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?