Paytatxın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
***
(08:42)
Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb:
"Hazırda Bakı Şəhər İcra Hakimiyyəti struktur qurumlarının xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür".
Bildirilib ki, yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib:
"Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib".