Modern.az

Azərbaycanda ən çox YOLUXMA bu şəhərdədir

Azərbaycanda ən çox YOLUXMA bu şəhərdədir

31 Avqust 2021, 10:38

Ölkə üzrə COVID-19 virusuna yoluxma statistikası açıqlanıb.

 

Modern.az koronavirusinfo.az saytındakı məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma halları 54.8 faizə çatıb.

 

Sonrakı yerlərdə 13 faizlə Abşeron, 11.7 faizlə Aran, 6.9 faizlə Gəncə-Qazax, 3.1 faizlə Quba-Xaçmaz, 3.9 faizlə Şəki-Zaqatala, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.3 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

 

Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Əvvəlki statistikada Muxtar Respublikada yoluxma göstəricisi 0.4 faiz olsa da, hazırda 0.8 faiz təşkil edir.

 

Rəsmi məlumata görə, ölkə xaricində yoluxma halları 0.3-dən 0.5 faizədək artıb.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?