Modern.az

“Bakı” mehmanxanasını sökməyə başladılar - FOTOLAR

“Bakı” mehmanxanasını sökməyə başladılar - FOTOLAR

Reportaj

1 Noyabr 2012, 16:53



Paytaxtın mərkəzində yerləşən “Bakı” mehmanxanasında bir neçə il əvvəl restavrasiya tədbirlərinə başlanılsa da, xeyli vaxtdır işlər yarımçıq dayandırılmışdı.

Modern.az saytı xəbər verir ki, artıq “Bakı” mehmanxanasının beton karkaslardan ibarət “skletini” də sökməyə başlayıblar. Ərazidə olan əməkdaşımız bildirib ki, mehmanxana binasının üst mərtəbələrininin beton plitələri dağıdılır. Artıq iki mərtəbəni dağıdıblar.

Qeyd edək ki, 70-ci illərin əvvəllərində tikilmiş çoxmərtəbəli «Bakı» mehmanxanası əvvəllər keçmiş Dövlət Əmlak Komitəsinin balansında olub. Daha sonra özəlləşdirilib və hansısa sahibkarın mülkiyyətinə keçib.

Bəzi məlumatlara otel AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyevə satılıbmış. Sonra isə mehmanxananın iş adamı İsgəndər Xəlilovun mülkiyyətinə keçdiyi söylənilir.

Ərazidə olan iş icraçısı Modern.az-a deyib ki, 2-3 il bundan əvvəl 10-12 milyon manta pul tələb olunurmuş ki, “Bakı” mehmanxanasını rekonstruksiya  edib beşulduzlu otelə çevirsinlər.

“Lakin yaxın duran olmadı. Söküntdən sonra burada yeni tikinti olmayacaq. Bu mehmanxananın söküntüsündən sonra Neft  Akademiyasının korpuslarının da laboratoriya istisna olmaqla sökülməsi planlaşdırılıb”.

2010-cu ildə dövlət başçısı İlham Əliyev Bakının mərkəzini gəzərkən «Bakı» mehmanxanasının vəziyyətinə diqqət yetirmiş və narazılığını ifadə etmişdi. Dövlət başçısı yarıdağılmış binanın şəhərin görünüşünü korladığını qeyd etmişdi.

Xatırladaq ki, bundan öncə sovetlər dönəmində Bakıda tikilmiş “Abşeron”, “Moskva” “Muğan”, “Azərbaycan” mehmanxanaları da sökülüb. Metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Gənclik” mehmanxanası və “28 may” stansiyasının yaxınlığındakı “Qarabağ” mehmanxanası da darmadağın edilib.

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI