Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun vəzifə səlahiyyətlərinin icrası bir müddətlik sədrin birinci müavini Vahab Məmmədova həvalə olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, əvəzetmə müvəqqəti xarakter daşıyıb.
DSK-dan Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov əmək məzuniyyətində olduğu müddətdə sədrin səlahiyyətlərini müvəqqəti olaraq sədrin birinci müavini Vahab Məmmədov icra edib.
Məlumata görə, ötən gün Tahir Budaqov əmək məzuniyyətini başa vuraraq, işə başlayıb.