Bakıda kuryer işləyən şəxs ödəniş müqabilində toy karvanlarını müşayiət etmək təklifi irəli sürüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov olaya münasibət bildirib.
V.Əsədov Modern.az-a deyib ki, “Wolt” çatdırılma xidmətində kuryer işləyən 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev Bəşir oğlu ilə bağlı Maştağa qəsəbəsi 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır:
“Buna səbəb həmin şəxsin 15 iyul tarixində “İnstagram” hesabında toy kartejlərində pullu müşayiət xidməti barədə elan verməsidir”.
V.Əsədovun sözlərinə görə, Məmmədağa və bu işdə onunla əlbir olanlar saxlanılıb:
“Onlardan izahatlar alınaraq, qanunauyğun tədbir görüləcək”.