Modern.az

DİN: Günün istənilən saatında qəfil yoxlamalar keçiriləcək

DİN: Günün istənilən saatında qəfil yoxlamalar keçiriləcək

31 Avqust 2021, 22:01

“Sabahdan hansısa ictimai iaşə müəssisəsinin qarşısında polis növbə çəkməyəcək. Günün istənilən saatında qəfil yoxlamalar, reydlər keçiriləcək”.


Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev 1 sentyabrdan etibarən qüvvəyə minəcək qərarlarla bağlı suallara aydınlıq gətirərkən bildirib.


DİN rəsmisi deyib ki, yoluxma kəskin artsa da, hökumət sərt qapanmalara getmir:

 

“Əvəzində vaksinasiya prosesinin sürətlənməsi nəzərdə tutulub. Ona görə də sahibkarlıq subyektləri yalnız COVID-19 pasportu olanların müəssisəyə daxil olmasına icazə verməlidir. Buna zidd hal aşkar edilərsə, həmin vətəndaş müəssisədən çıxarılacaq. Obyekt sahibi barəsində 211-ci maddənin 1-ci hissəsinə əsasən inzibati tənbeh tədbirləri görüləcək”.

 

E.Hacıyev, həmçinin qeyd edib ki, COVID-19 pasportu hər iki doza peyvəndi qəbul etmiş şəxslərə verilir:

 

“Sabahdan etibarən hər iki dozanı qəbul etmiş şəxslərin sərbəst hərəkətinə icazə verilir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?