Modern.az

“Zoom”un səhmləri ucuzlaşdı

“Zoom”un səhmləri ucuzlaşdı

Dünya

31 Avqust 2021, 22:46

Amerikanın məşhur onlayn videokonfrans şirkəti olan “Zoom”un səhmləri 11 faizdən çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Səhmlərin ucuzlaşmasına səbəb kimi proqrama olan tələbatın sürətlə azalması və insanların yenidən ofislərə qayıtması göstərilir.

 

Qeyd edək ki, “Zoom” və videokonfrans xidmətləri təklif edən digər şirkətlər - “Cisco”, “Microsoft’s Teams” və “Salesforce’s Slack” karantin müddətində milyonlarla yeni istifadəçi toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular