ABŞ ordusu “Taliban”la gizli razılaşma əldə edib, razılaşmaya əsasən hərəkatın silahlıları bir qrup Amerika vətəndaşını Kabil hava limanının qapısına qədər müşayiət edib.
Modern.az xəbər verir ki, iddia CNN telekanalında səsləndirilib.
Kanal qeyd edir ki, təxliyə olunmaq istəyən amerikalılara hava limanı yaxınlığında toplaşmaq üçün əvvəlcədən məlumat verilib və “Taliban” silahlıları onları təxliyə üçün nəzarət məntəqəsinə qədər müşayiət edib.
Müşayiət əməliyyatlarının gün ərzində bir neçə dəfə həyata keçirildiyi deyilir.