Modern.az

Aİ-dən Əfqanıstanın qonşularına 600 milyon avroluq YARDIM

Aİ-dən Əfqanıstanın qonşularına 600 milyon avroluq YARDIM

1 Sentyabr 2021, 00:26

Avropa İttifaqı (Aİ) Əfqanıstandan qaçan miqrantlara sığınacaq verilməsi müqabilində bu ölkənin qonşuluğunda yerləşən dövlətlərə 600 milyon avro maliyyə yardımı ayıra bilər.

 

Modern.az xəbər verir ki, “Financial Times” nəşri Brüsseldəki səlahiyyətlilərə istinadən məlumat yayıb.

 

Nəşrin məlumtına görə, Aİ səlahiyyətliləri Pakistan, Özbəkistan, Tacikistana maliyyə yardımı təklif etməyə hazırdır.

 

Qeyd edək ki, bir çox Avropa ölkəsi “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsinin 2015-cı ildə Suriyada olduğu kimi yeni qaçqın axınına səbəb olacağını düşünür.

 

Bundan əvvəl Aİ Türkiyəyə qanunsuz miqrantları ölkədə saxlaması və Avropaya buraxmaması üçün ödənişlər təklif edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama