Modern.az

İrlandların sayı 170 ildən sonra 5 milyonu keçdi

İrlandların sayı 170 ildən sonra 5 milyonu keçdi

1 Sentyabr 2021, 00:36

İrlandiya əhalisinin sayı 170 ildən sonra ilk dəfə 5 milyonu keçib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

 

Nəşr qeyd edir ki, siyahıyalınma aprel ayında həyata keçirilib. İrlandiya əhalisinin sayı 5.01 milyon nəfər olub.

 

Məlumata görə, İrlandiya əhalisinin sayı sonuncu dəfə 1851-ci ildə 5 milyon nəfərdən artıq olub. 19-cu əsrin ortalarından başlayaraq aclıq və xəstəlik səbəbilə ölənlərin sayı artıb. Bir çox insan başda ABŞ olmaqla dünyanın əksər ölkələrinə mühacirət edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama