Modern.az

ABŞ Əfqanıstanda nə qədər hərbçi itirib? - STATİSTİKA

ABŞ Əfqanıstanda nə qədər hərbçi itirib? - STATİSTİKA

1 Sentyabr 2021, 00:50

11 sentyabr hadisələrinin ardından Əfqanıstana daxil olan ABŞ ordusu təxminən 20 il sonra bu ölkəni tərk edib.

 

Modern.az-ın məlumatına görə, 20 il ərzində Əfqanıstanda ABŞ ordusunun 2461 hərbi qulluqçusu həlak olub.

 

Qeyd olunur ki, bu müddət ərzində Əfqanıstanda on minlərlə amerikalı hərbi qulluqçu yaralanıb. 20 illik missiya ərzində Əfqanıstanda 800 mindən çox Amerika hərbçisi və 25 min mülki vətəndaş xidmət edib.

 

“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ almasından sonra ABŞ bu ölkədən 123 mindən çox insanı təxliyə edib.

 

ABŞ-ın son 20 ildə Əfqanıstan müharibəsinə 2 trilyon dollardan çox vəsait xərclədiyi bildirilir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama