Ukrayna və ABŞ müdafiə tərəfdaşlığının strateji əsasları haqqında saziş imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Amerikada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Tvitter hesabında məlumat paylaşıb.
"Ukrayna ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb. ABŞ Müdafiə Nazirliyi müdafiə tərəfdaşlığının strateji əsasları ilə bağlı saziş imzaladı. Ukraynanın NATO-ya üzv olması üçün ABŞ dəstəyi olduqca vacibdir”, - deyə Zelenski qeyd edib.